https://news.day.az/azerinews/1812708.html “Qarabağ” 2500 manat cərimələndi - SƏBƏB AFFA İntizam Komitəsinin iclası keçirilib. Day.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XVII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallar müzakirə olunub. "Araz-Naxçıvan"la matçda heyətinə 6 nəfər sarı vərəqə aldığı üçün "İmişli" 700 manat cərimələnib.

“Qarabağ” 2500 manat cərimələndi - SƏBƏB

Azərbaycanca, 29 января 2026 12:51 (UTC +04:00) 394
“Qarabağ” 2500 manat cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Day.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XVII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallar müzakirə olunub.

"Araz-Naxçıvan"la matçda heyətinə 6 nəfər sarı vərəqə aldığı üçün "İmişli" 700 manat cərimələnib. Naxçıvanlılarda isə 4 futbolçu sarı vərəqə aldığı üçün klub eyni məbləğdə cərimə ödəməli olacaq.

"Neftçi" - "Zirə" görüşündə oyun günü planı pozulduğundan, "Neftçi" 2000 manat ziyana düşüb.

"Qarabağ" - "Kəpəz" qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxs daxil olub ki, bu, birincilərin 2500 manat cərimə olunmasına gətirib çıxarıb.

"Karvan-Yevlax"la oyunda 5 nəfər sarı vərəqə aldığı üçün "Sabah" da 700 manat cəriməyə məruz qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости