https://news.day.az/azerinews/1813315.html
Keçən il Aİ ölkələrindən 3400-dən çox Gürcüstan vətəndaşı deportasiya edilib
2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçən il Aİ ölkələrindən 3400-dən çox Gürcüstan vətəndaşı deportasiya edilib
2025-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrindən 3438 Gürcüstan vətəndaşı deportasiya edilib. Gürcüstan hökuməti readmisiya müqaviləsi çərçivəsindən onlardan 15-ni qəbul etməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, deportasiya edilənlərdən 2042-si kişi, 521-i qadın və 871-i yetkinlik yaşına çatmayan şəxs olub.
Almaniya 1818 Gürcüstan vətəndaşını deportasiya etməklə siyahıda birinci yerdədir.
İkinci yerdə 543 nəfərlə Fransa, 3-cü yerdə isə 327 nəfərlə İrlandiya dayanır. Sonrakı yerləri 134 nəfərlə İsveçrə və 143 nəfərlə Yunanıstan tutur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре