https://news.day.az/azerinews/1813338.html Lənkəranda 38 yaşlı xarici ölkə vətəndaşı ölüb Lənkəranda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb. APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhər ərazisində baş verib. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəran şəhərində yaşadığı ünvanda ölüb.

Lənkəranda 38 yaşlı xarici ölkə vətəndaşı ölüb

Azərbaycanca, 1 февраля 2026 16:45 (UTC +04:00) 394
Lənkəranda 38 yaşlı xarici ölkə vətəndaşı ölüb

Lənkəranda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhər ərazisində baş verib.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəran şəhərində yaşadığı ünvanda ölüb.

Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

İlkin məlumata görə o yuxusuzluqdan əziyyət çəkirmiş və bunun üçün dərman qəbul edib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости