"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayacaq.

Day.Az xəbər verir ki, liqanın oyun cədvəlinə əsasən, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə ilk oyuna çıxacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı Roman Jitar (Moldova) idarə edəcək.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) - RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya)

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

VAR: Luka Çibelli (İsveçrə)

AVAR: Anoen Kanaqasinqam (İsveçrə)