Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişi imzalana bilər - Nazir
Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər.
Day.Az Trend-ə istinadən xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri 9 İyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə ilə əlaqədar Fəxri xiyabanı ziyarəti sonrası jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, Azərbaycan üzərinə düşən bütün işləro artıqlaması ilə yerinə yetirib.
"Bizim də öz gözləntilərimiz var. Ermənistan tərəfindən bildirilib ki, yeni Konstitusiya aktında əvvəlki Müstəqillik Aktına istinad edilməyəcək. Bu olduğu halda sülhün əldə edilməsində heç bir maneə qalmayacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре