"Qarabağ" "Vestri"ni məğlub etdi

"Qarabağ" bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb.

Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə üz-üzə gəlib.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi

20:00. "Qarabağ" - "Vestri" 3:0
Qollar:
Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 87
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.