https://news.day.az/azerinews/1848078.html Azərbaycanda dövlət məlumatlarının vahid bazasının yaradılmasına başlanılıb Azərbaycanda dövlət qurumlarının məlumatlarının vahid platformada birləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Azərbaycanda dövlət məlumatlarının vahid bazasının yaradılmasına başlanılıb

Azərbaycanca, 15 июля 2026 10:34 (UTC +04:00) 245
Azərbaycanda dövlət məlumatlarının vahid bazasının yaradılmasına başlanılıb

Azərbaycanda dövlət qurumlarının məlumatlarının vahid platformada birləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda dövlət qurumlarında çoxlu sayda elektron məlumat bazaları mövcud olsa da, onların əksəriyyəti fərqli formatlarda fəaliyyət göstərir və vahid standart olmadığı üçün bir-biri ilə effektiv məlumat mübadiləsi apara bilmir.

R.Həsənov bildirib ki, bu səbəbdən dövlət qurumlarının məlumatlarından istifadə etməklə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması istiqamətində ilkin addımlar artıq atılıb.

Nazir müavini qeyd edib ki, bu yanaşma gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi və məlumatların analitik emalını da əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости