Azərbaycan elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasına daxil olmağı hədəfləyir
Azərbaycan 2026-2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planı çərçivəsində BMT-nin elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasına daxil olmağı hədəfləyir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan bu reytinqdə 74-cü yerdə qərarlaşıb.
R.Həsənov bildirib ki, 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində ümumilikdə 88 təşəbbüs həyata keçiriləcək. Bu təşəbbüslər rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqaməti əhatə edir.
Nazir müavini qeyd edib ki, proqramın əsas nəticə göstəriciləri sırasında İKT sektorunun həcminin iki dəfə artırılması, İKT ixracının 1 milyard dollara çatdırılması, sektorda məşğul olanların sayının 25 mindən 40 minə yüksəldilməsi və elektron hökumətin inkişafı indeksində ilk 40 ölkə sırasında yer almaq hədəfi var.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре