https://news.day.az/azerinews/1848185.html
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib. Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 1,07% artıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib.
Day.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 1,07% artıb.
Bu dövr üzrə ixracın həcmi 16 milyard 320.24 milyon dollar, idxalın həcmi isə 8 milyard 341.11 milyon dollara bərabər olub.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 7 milyard 979.13 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре