https://news.day.az/azerinews/1854350.html Bu bürclərin şansı gətirəcək Avqustun sonuna qədər astroloji baxımdan hərəkətli günlərin yaşanacağı bildirilir. Day.Az xəbər verir ki, bəzi bürclər üçün bu dövr yeni imkanların qapısını açacaq, digərləri isə uzun müddətdir təxirə saldıqları məsələlərlə bağlı mühüm seçim qarşısında qalacaqlar.

Bu bürclərin şansı gətirəcək

Azərbaycanca, 17 августа 2026 11:04 (UTC +04:00) 147
Bu bürclərin şansı gətirəcək

Avqustun sonuna qədər astroloji baxımdan hərəkətli günlərin yaşanacağı bildirilir.

Day.Az xəbər verir ki, bəzi bürclər üçün bu dövr yeni imkanların qapısını açacaq, digərləri isə uzun müddətdir təxirə saldıqları məsələlərlə bağlı mühüm seçim qarşısında qalacaqlar.

Xüsusilə karyera, pul və sevgi həyatında dəyişikliklərin ön plana çıxacağı, bəzi şəxslərin isə gözləmədikləri xəbər və təkliflərlə qarşılaşa biləcəyi qeyd olunur.

Qoç

Qoçları iş həyatında yeni perspektivlər gözləyə bilər. Qarşılarına çıxan fürsətlərdən yararlanmaq üçün tələsmədən hər addımı ölçüb-biçmək daha doğru seçim olacaq.

Buğa

Bu dövrdə Buğaların diqqəti əsasən maddi məsələlərə yönələcək. Əlavə qazanc imkanı yaransa da, planlaşdırılmamış xərclər büdcəyə təsir göstərə bilər. Sevgi həyatında isə sizi sevindirəcək hadisə yaşana bilər.

Əkizlər

Əkizlər üçün sosial baxımdan aktiv günlər başlayır. Yeni insanlarla qurulan əlaqələr gələcəkdə mühüm rol oynaya bilər. Bundan başqa, uzun müddətdir səsini eşitmədiyiniz birindən xəbər gəlməsi mümkündür.

Xərçəng

Xərçənglər üçün hisslər və ailə məsələləri daha çox əhəmiyyət qazanacaq. Uzun müddətdir danışılmayan mövzuları açıq şəkildə müzakirə etmək və münasibətlərdə yaranan suallara cavab tapmaq üçün uyğun zaman olacaq.

Şir

Avqustun ikinci yarısının ən əlverişli keçəcəyi bürclərdən biri Şir hesab olunur. Karyerada irəliləyiş, uğurlu nəticələr və şəxsi həyatda yeni mərhələnin başlanması ehtimalı yüksəkdir.

Qız

Qızlar köhnə planlara yenidən nəzər salaraq yarımçıq qalan işləri yekunlaşdıra bilərlər. Yeni məqsədlər müəyyənləşdirmək üçün də münasib vaxtdır. Pul məsələlərində isə qənaətli və sistemli davranmaq önəmlidir.

Tərəzi

Tərəzilərin şəxsi həyatında mühüm dəyişikliklər gündəmə gələ bilər. Subay olanlar maraqlı biri ilə tanış ola, münasibətdə olanlar isə gələcəkləri ilə bağlı ciddi qərar qəbul edə bilərlər.

Əqrəb

Əqrəblər nəhayət uzun müddətdir narahatlıq yaradan bir məsələyə müdaxilə etmək qərarına gələ bilərlər. Karyera sahəsində gözlənilməz təklif və ya yeni əməkdaşlıq imkanının yaranması da mümkündür.

Oxatan

Oxatanların qarşısında yeni istiqamətlər açıla bilər. Səyahət, təhsil və şəxsi layihələrlə əlaqəli fürsətlərdən biri həyatlarında mühüm dəyişiklik yarada bilər. Əsas məsələ düzgün seçim etməkdir.

Oğlaq

Oğlaqlar üçün ayın ikinci yarısında iş və pul məsələləri əsas mövzulardan olacaq. Səbirli şəkildə görülən işlərin nəticəsi avqustun sonuna yaxın özünü göstərə bilər.

Dolça

Dolçaların gündəlik həyatında gözlənilməz yeniliklər meydana çıxa bilər. Yeni tanışlıq, maraqlı təklif və ya qəfil dəyişiklik əvvəldən qurduqları planları yenidən nəzərdən keçirmələrinə səbəb olacaq.

Balıqlar

Balıqlar üçün əsas dəyişikliklər şəxsi münasibətlər sahəsində yaşanacaq. Keçmişdə həll olunmamış bir məsələ yenidən gündəmə gələ bilər. Bu dəfə həmin mövzu ilə bağlı qəti qərar vermək lazım olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости