https://news.day.az/azerinews/1860410.html Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Ağdamda davam edib - YENİLƏNİB - FOTO Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Ağdamda davam edib - YENİLƏNİB - FOTO

Azərbaycanca, 16 сентября 2026 15:09 (UTC +04:00) 261
Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Ağdamda davam edib

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans Ağdamda davam edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, konfrans iştirakçıları Ağdam şəhərinə gəliblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında Ağdam Cümə məscidinin Birinci Qarabağ müharibəsi dövründə "şəhid məscidi" kimi yadda qaldığını bildirib.

O qeyd edib ki, işğal dövründə Qarabağda 67-dən çox məscid və məbəd dağıdılıb.

"İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb, Ağdam məscidində isə donuz saxlanılıb. Hətta məscidin divarlarına İslama qarşı yazılar yazılıb. Bu, yalnız Azərbaycan müsəlmanlarına deyil, bütün dünya müsəlmanlarına qarşı təhqirdir", - deyə Allahşükür Paşazadə bildirib.

Şeyxülislam hazırda Qarabağda dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, məscidlərin bərpa və inşa edildiyini vurğulayıb.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, vaxtilə dağıntı və kədərin simvolu olan Ağdam bu gün sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir.

O qeyd edib ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində dağıntıların yerində yeni həyat qurulur, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət və ictimai obyektlər inşa edilir.

"Bu, Qarabağın yalnız fiziki deyil, həm də mənəvi dirçəlişidir. İşğaldan azad olunmuş ərazilərdə yalnız dağıdılmış məscidlər bərpa edilmir, yeni məscidlər də inşa olunur. Qarabağ yalnız yenidən qurulmur. Onun mənəvi həyatı da yenidən canlanır", - deyə Emin Hüseynov bildirib.

İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari regionda və dünyada sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

"Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək", - deyə o bildirib.

Türkiyədən olan dini nümayəndə Fatih Mehmet Karaca isə TDT-nin müsəlman dini liderlərini bir araya gətirməsini gələcəyə ümid və inam ifadə edən təşəbbüs adlandırıb.

Özbəkistan müftisi Nuriddin Xuliqnəzər Ağdam Cümə məscidinin yenidən müsəlmanların istifadəsinə verilməsindən məmnunluğunu ifadə edib.

Digər çıxış edənlər də konfransın əhəmiyyətindən danışıb, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpasını yüksək qiymətləndiriblər.

Daha sonra konfrans iştirakçıları Ağdam Cümə məscidində namaz qılıblar.

XXX
10:59

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının VII görüşü çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam şəhərinə gəliblər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, İslam dünyasının görkəmli mütəfəkkiri, azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan konfrans işini Ağdam şəhərində davam etdirir.

Konfrans çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaninin elmi-fəlsəfi irsi, İslam dünyasında rolu və irsinin müasir dövrdə öyrənilməsi ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə Rəhbərlərinin VII görüşü keçirilib.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak ediblər. Tədbirin sonunda Bakı Bəyannaməsi qəbul edilib.

Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

  • Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Ağdamda davam edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости