Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanatında bildirilib.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır", - deyə bəyanatda qeyd edilib.
Xatırladaq ki, sentyabrın 18-də Cənubi Osetiyada qondarma "prezident seçkiləri" keçirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре