Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünike imzalanıb - FOTO
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünike imzalanıb.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun "X" sosial şəbəkə hesabında Mərkəzi Afrika Respublikasının Xarici İşlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baipo-Temon ilə görüşünə dair paylaşımda qeyd edilib.
"Mərkəzi Afrika Respublikasının Xarici İşlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baipo-Temon ilə BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində görüşməkdən məmnun oldum.
Görüş zamanı siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil və elm də daxil olmaqla geniş sahələr üzrə əlaqələrimizi inkişaf etdirməyin praktiki yollarını müzakirə etdik.
Görüşün sonunda "Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünikeni" imzaladıq.
Bu mühüm addım ikitərəfli əlaqələrimizin inkişafı və xalqlarımızın daha da yaxınlaşması üçün rəsmi çərçivə yaradır", - deyə paylaşımda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре