https://news.day.az/azerinews/1862134.html Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar var - səfir Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət dövriyyəsini, eləcə də qarşılıqlı investisiyaları artırmaq üçün geniş imkanlar var. Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda ölkəsinin Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar var - səfir

Azərbaycanca, 23 сентября 2026 20:06 (UTC +04:00) 198
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması üçün geniş imkanlar var

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət dövriyyəsini, eləcə də qarşılıqlı investisiyaları artırmaq üçün geniş imkanlar var.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Bakıda ölkəsinin Milli Günü münasibətilə keçirilən təntənəli mərasimdə deyib.

Səfir bildirib ki, iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir, yüksəksəviyyəli rəsmilərin qarşılıqlı səfərləri həyata keçirilir.

"Hazırda Birgə Hökumətlərarası Komissiya və Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar Şurası vasitəsilə ticarət dövriyyəsinin və sərmayə qoyuluşlarının həcmini artırmaq, eləcə də Siyasi Məsləhətləşmələr Komitəsi vasitəsilə siyasi sahədə əlaqələndirməni gücləndirmək istiqamətində çalışırıq. Bütün bunlar iki ölkənin və xalqın birgə mənafelərinə xidmət edir", - deyə diplomat vurğulayıb.

İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanının investisiya və turizm imkanlarını genişləndirdiyini, davamlı inkişaf və innovasiyaya yönəlmiş strateji layihələr həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, regiondakı mürəkkəb şəraitə baxmayaraq, ölkə iqtisadiyyatı sabitliyini qoruyub saxlayıb.

Səfir həmçinin "Yaşıl Səudiyyə Ərəbistanı" və "Yaşıl Yaxın Şərq" təşəbbüslərinin ətraf mühitin qorunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə xidmət etdiyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости