https://news.day.az/azerinews/1862180.html Azərbaycan və Baham adaları siyasi məsləhətləşmələr barədə memorandum imzalayıb BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Baham adalarının xarici işlər naziri Frederik Mitçel arasında görüş baş tutub.

Azərbaycan və Baham adaları siyasi məsləhətləşmələr barədə memorandum imzalayıb

Azərbaycanca, 24 сентября 2026 02:00 (UTC +04:00) 124
Azərbaycan və Baham adaları siyasi məsləhətləşmələr barədə memorandum imzalayıb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Baham adalarının xarici işlər naziri Frederik Mitçel arasında görüş baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında yayılan məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Baham adaları münasibətlərində strateji dialoqun formalaşdırılmasının, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilərək inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Baham adaları Birliyinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, memorandum iki ölkənin xarici siyasət qurumları arasında müntəzəm diplomatik əlaqələrin və məsləhətləşmələrin inkişafına töhfə verəcək. Sənədin Azərbaycan-Baham adaları münasibətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əsas yaradacağı vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости