Ölümdən əvvəlki son 48 saatda orqanizmdə hansı dəyişikliklər baş verir?
Həyatın son 48 saatında insan orqanizmində ciddi fizioloji dəyişikliklər baş verə bilər. Bu dövrdə güclü halsızlıq, yuxululuq, iştahanın azalması, qan dövranının və nəfəsalmanın zəifləməsi müşahidə olunur. Lakin əlamətlərin gedişi insanın yaşından, sağlamlıq vəziyyətindən və əsas xəstəliyindən asılıdır.
Day.Az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, həyatın son mərhələsində insan danışmaqda və ətrafı dərk etməkdə çətinlik çəkə, uzun müddət yataqda qala bilər. Bəzən dəridə solğunluq, quruluq və tünd ləkələr yaranır. Nəfəs yollarında seliyin toplanması isə nəfəsalma zamanı xırıltılı səslərə səbəb ola bilər. Bəzi insanlarda çaşqınlıq və hallüsinasiyalar da müşahidə edilir.
Bu dövrdə yaxınların əsas vəzifəsi xəstənin rahatlığını təmin etməkdir. Onu yeməyə məcbur etmək olmaz, ağız və dodaqların nəmləndirilməsi, rahat vəziyyətdə uzadılması və sakit mühitin yaradılması vacibdir. Ağrı, güclü nəfəs darlığı və narahatlıq yarandıqda tibbi yardım alınmalıdır. Qeyd edək ki, sadalanan əlamətlər hər insanda eyni şəkildə müşahidə olunmur və ölüm vaxtını dəqiq müəyyənləşdirməyə imkan vermir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре