https://news.day.az/azerinews/1873673.html ABŞ həftədə 300 milyonadək steril milçək istehsal edəcək ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyi Texas ştatında steril milçəklərin kütləvi istehsalı üçün zavodun tikintisinə 690 milyon dollardan çox vəsait ayırıb. Day.Az xəbər verir ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqda həftədə 300 milyonadək milçək istehsal edə biləcək.

ABŞ həftədə 300 milyonadək steril milçək istehsal edəcək

Azərbaycanca, 12 ноября 2026 05:32 (UTC +04:00) 189
ABŞ həftədə 300 milyonadək steril milçək istehsal edəcək

ABŞ-nin Kənd Təsərrüfatı Nazirliyi Texas ştatında steril milçəklərin kütləvi istehsalı üçün zavodun tikintisinə 690 milyon dollardan çox vəsait ayırıb.

Day.Az xəbər verir ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqda həftədə 300 milyonadək milçək istehsal edə biləcək.

Söhbət sürfələri heyvanların yaralarına daxil olaraq canlı toxumalarla qidalanan Amerika ət milçəyindən gedir. Bu zərərverici bəzi hallarda insanlarda da parazitar yoluxmaya səbəb olur. Onun yayılmasının qarşısını almaq üçün xüsusi yetişdirilən milçəklər şüalandırılaraq çoxalma qabiliyyətindən məhrum edilir və təbiətə buraxılır.

Texasdakı Mur aviabazasında zavodun tikintisinə aprel ayında başlanılıb. İstehsal gücünün 2027-ci ilin sonunadək həftədə 100 milyon, 2028-ci ilin sonunadək isə 300 milyon steril milçəyə çatdırılması planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости