https://news.day.az/azerinews/1873679.html Türkiyə ilk atom elektrik stansiyasının işə salınacağı tarixi açıqladı Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu" AES-in 1-ci enerji blokunun fiziki işə salınması istismara verməzdən əvvəl sınaq-sazlama işləri başa çatdıqdan sonra dekabr ayında planlaşdırılır.

Türkiyə ilk atom elektrik stansiyasının işə salınacağı tarixi açıqladı

Azərbaycanca, 11 ноября 2026 17:40 (UTC +04:00) 280
Türkiyə ilk atom elektrik stansiyasının işə salınacağı tarixi açıqladı

Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu" AES-in 1-ci enerji blokunun fiziki işə salınması istismara verməzdən əvvəl sınaq-sazlama işləri başa çatdıqdan sonra dekabr ayında planlaşdırılır.

Day.Az xəbər verir ki, "TRT Haber"in məlumatına görə, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"İşə salınma dekabr ayına planlaşdırılır, buna ümid edirik. Bütün sınaqların uğurla başa çatdırılması vacibdir", - deyə nazir konkret günü açıqlamadan bildirib.

"Rosatom"un rəhbəri Aleksey Lixaçov isə çərşənbə günü Minskdə jurnalistlərə açıqlamasında dövlət şirkətinin AES-in birinci enerji blokunun fiziki işə salınmasına bir addım qaldığını bildirmişdi.

"Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyasıdır və "Rosatom" dövlət korporasiyası tərəfindən inşa edilir. Layihə Rusiya istehsalı olan VVER-1200 tipli 3+ nəsil reaktorlarla təchiz edilmiş dörd enerji blokundan ibarətdir. Hər bir enerji blokunun gücü 1 200 MVt təşkil edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости