https://news.day.az/azerinews/1877281.html QHT-lərin nizamnamələrinə dair yeni tələblər müəyyənləşdirilir Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) nizamnamələrində terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, maliyyə vəsaitlərinə daxili nəzarət və risklərin minimallaşdırılması ilə bağlı qaydaların əks etdirilməsi təklif olunur.

QHT-lərin nizamnamələrinə dair yeni tələblər müəyyənləşdirilir

Azərbaycanca, 26 ноября 2026 13:37 (UTC +04:00) 244
QHT-lərin nizamnamələrinə dair yeni tələblər müəyyənləşdirilir

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) nizamnamələrində terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, maliyyə vəsaitlərinə daxili nəzarət və risklərin minimallaşdırılması ilə bağlı qaydaların əks etdirilməsi təklif olunur.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə olunan "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, QHT-lərin nizamnamələrində əmlak və vəsaitlərin nizamnamə məqsədlərinə uyğun istifadəsinə daxili nəzarətin həyata keçirilməsi qaydası, bu nəzarəti həyata keçirən orqanın formalaşdırılması və səlahiyyətləri müəyyən edilməlidir.

Bundan başqa, terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə QHT-lərin fəaliyyətinin tərkib hissəsi kimi vəsaitlərin alınması, toplanılması, verilməsi və köçürülməsi zamanı risklərin minimuma endirilməsinə yönəlmiş qayda və prosedurların icrasına nəzarət üzrə səlahiyyət bölgüsünün də nizamnamədə göstərilməsi nəzərdə tutulur.

 

Dəyişiklik layihəsində, həmçinin QHT-lərin nizamnamələrində yalnız onların növünə uyğun məqsəd və vəzifələrin əks etdirilməsi ilə bağlı yeni müddəa yer alıb.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, QHT-lərin nizamnamələrində təşkilatın adı, yerləşdiyi yer, fəaliyyət məqsədləri, idarəetmə qaydası, üzvlərin hüquq və vəzifələri, əmlakın formalaşma mənbələri, nizamnaməyə dəyişikliklərin edilməsi və təşkilatın ləğvi qaydaları müəyyən edilməlidir.

Təklif olunan dəyişikliklərlə nizamnamələrin məzmununa daxili maliyyə nəzarəti və risklərin idarə olunması ilə bağlı əlavə tələblərin daxil edilməsi nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости