https://news.day.az/azerinews/1877632.html Bu ölkədə kişilər keçmiş qayınanaları ilə evlənir - SƏBƏB Ukraynada səfərbərlikdən möhlət almaq məqsədilə çağırış yaşında olan kişilərin keçmiş qayınanaları ilə nikaha daxil olması halları aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Ternopol vilayətinin polis idarəsinin rəisi Sergey Zyubanenko "Facebook" səhifəsində məlumat verib.

Bu ölkədə kişilər keçmiş qayınanaları ilə evlənir - SƏBƏB

Azərbaycanca, 27 ноября 2026 15:31 (UTC +04:00) 161
Bu ölkədə kişilər keçmiş qayınanaları ilə evlənir

Ukraynada səfərbərlikdən möhlət almaq məqsədilə çağırış yaşında olan kişilərin keçmiş qayınanaları ilə nikaha daxil olması halları aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Ternopol vilayətinin polis idarəsinin rəisi Sergey Zyubanenko "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu cür sxemlər artıq sistemli xarakter alıb.

Belə ki, 2024-cü ilin fevralında Ternopol sakini 66 yaşlı keçmiş qayınanası ilə evlənib. Həmin ilin mayında isə Podvoloçisk icmasında oxşar hal qeydə alınıb.

Polis şübhəli nikahların, o cümlədən əlilliyi olan qadınlarla bağlanan evliliklərin qanuniliyini yoxlamağı planlaşdırır.

Zyubanenko, eyni zamanda, həyat yoldaşları arasında yaş fərqinin özlüyündə səfərbərlikdən yayınma ittihamı üçün əsas olmadığını vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости