https://news.day.az/azerinews/1877787.html Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıb.

Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub

Azərbaycanca, 28 ноября 2026 11:14 (UTC +04:00) 124
Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub

Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıb.

Kişilərin mübarizəsində XIV turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə oynayıb. 14 turdan sonra 9 xal toplayan Abasov bütün rəqiblərini qabaqlayaraq çempion olub.

Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurqaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xalı olan Beydullayeva birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olub. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.

  • Azərbaycanın iki şahmatçısı beynəlxalq turnirin qalibi olub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости