Zoologiya İnstutunda 20 milyon dollarlıq ilan zəhəri var, amma istifadəsiz qalıb - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstutunda 20 kq-a yaxın ilan zəhəri saxlanılır və onun qiyməti 20 milyon dollar həcmindədir.
Day.Az xəbər verir ki, bu barədə məlumat verən institutun direktoru Elman Yusifov bildirir ki, bu zəhərlər ən bahalı dərmanların hazırlanmasında işlədilir və Sovet döndəmindən qalmasına baxmayaraq keyfiyyətini indiyədək qoruyub saxlayır.
Elman Yusifov bildirir ki, hazırda əllərində olan ilan zəhərini xarici şirkətlərdən birinə satsalar, bu vəsaiti institutun inkişafı və gələcək layihələri üçün sərf edə bilərlər. Ancaq məsələ burasındadır ki, bu zəhəri satmaq üçün bir sıra beynəlxalq təşkilatlardan da sənədlər alınmalıdır.
Beynəlxalq təşkilatlardan bu sertififakatları almaq üçün təxminən 100 min dollar vəsait tələb olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре