Sarmaşıq kimi əksə də, min dərdin dərmanıdır - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Gəncənin Sadıllı məhəlləsinin sakini, bağ həvəskarı olan Nizami Abbasovun həyətindəki çardaqda ürəkşəkilli yarpaqlar arasından boylanan, xüsusi görünüşü və qoxusu olan meyvə görənlərin diqqətini çəkir.
Day.Az bildirir ki, Nizami Abbasov AZƏRTAC-a müsahibəsində həyətində becərdiyi bu qəribə bitki ilə çoxlarının maraqlandığını deyir.
"Üzəri nahamar, yetişdikdə tünd narıncı, içərisindəki xırda, lətli meyvələri isə al qırmızı rəngdə olan bu meyvə hind narıdır", - deyən Nizami Abbasov bildirir ki, ilk dəfə hind narının iki toxumunu əldə edib və həyətində basdırıb. Yazın əvvəlində cücərən toxumlar sarmaşıq kimi boy atıb və bar verməyə başlayıb.
Əslində isə həmin bitkinin elmi ədəbiyyatda adı Mamordika Xarançiyadır. Cənub, Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində, eləcə də Çində və Karib adalarında geniş yayılan birillik ot bitkisi olan Mamordika Xarançiya həmin yerlərdə dağ xiyarı, yaxud Çinin dağ qovunu kimi tanınır.
Nizami Abbasov təkcə hind narı yetişdirmir. Onun qonaqları həyətdəki bar verən banan ağacını da gördükdə təəccüb edirlər. Axı banan tropik və subtropik bölgələrdə yetişir. Bu yerdə məşhur atalar sözü yada düşür: "Bağa baxarsan bağ olar, baxmazsan dağ olar".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре