https://news.day.az/society/709292.html 7 aylıq körpənin faciəli ölümü - TƏFƏRRÜATLAR -VİDEO

7 aylıq körpənin faciəli ölümü - TƏFƏRRÜATLAR -VİDEO

Общество, 21 октября 2015 22:25 (UTC +04:00) 1 772
7 aylıq körpənin faciəli ölümü

Day.Az представляет новость на азербайджанском языке.

Zaqatalada nar dənəsi 7 aylıq körpənin həyatına son qoyub. Nəzarətsiz qalan uşaq nar dənəsini udan zaman o tənəffüs yoluna düşüb. Bütün səylərə baxmayaraq körpəni xilas etmək mümkün olmayıb.

Bədbəxt hadisə Zaqatalanın Qımır kəndində baş verib. 7 aylıq körpə Ruqiyə Məmmədova nar yeyərkən meyvənin dənəsi onun tənəffüs yoluna düşüb. O,dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib.

Göstərilən yardımlara baxmayaraq vəziyyəti normal olmadığı üçün oradan Bakı şəhərinə göndərilən körpə yolda dünyasını dəyişib. Mərhumun yaxınları xəstəxanadan onlara təcili yardım maşınının verilmədiyini və körpəni Bakı şəhərinə şəxsi avtomobilləri ilə aparmağa məcbur qaldıqlarını deyiblər.

Xəstəxanadan isə bildirilib ki,bu cür hallar yarandıqda Bakı şəhərindəki xəstəxanalara müraciət edirlər və təcili yardım maşını paytaxtdan göndərilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

фото

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости