Gənc tarixçi-alimdən Yaqub Mahmudova dəstək

Day.Az представляет новость на азербайджанском языке
Day.Az tarixçi-alim Ramin Əlizadənin Tarix İnstitutunun rəsmi facebook səhifəsində (https://www.facebook.com/Tarix.Y.M/) yazdığı rəyi sizlərə təqdim edir:
"Yaqub Mahmudov Azərbaycan tarixinin demək olar ki, bütün dövrləri haqqında araşdırmalar aparan yeganə tarixçidir. Onun haqqında Azərbaycan tarixi haqqında danışdığımız kimi danışmalıyıq. Çünki bu insan illərini sərf edib bu sahəni araşdırmaq, gerçəklikləri gün işığına çıxarmaq üçün. Onun haqqında yalnız və yalnız bir şey deməliyik Allah ömür versin Sizə Yaqub müəllim! Təşəkkür edirik bu titanik əməyiniz üçün. 16 il bundan əvvəl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyirdim. O zaman həm orada, həm də Tarix İnstitutunda vəziyyət başqa cür idi. İndi isə 6 və 7-ci mərtəbələr, hətta deyərdim ki, bütövlükdə korpus Sizin ziyanızın işığına yığılıb... Biz gənc alimlər daim Sizi örnək götürəcəyik! Hətta mən təklif edərdim ki, "Azərbaycan tarixində Yaqub Mahmudov məktəbi" adlı dissertasiya mövzusu işlənsin. Bu gün çox vacibdir bu məsələ".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре