"Aİ İŞİD və PKK arasında fərq qoymamalıdır"

Day.Az представляет новость на азербайджанском языке

Avropa İttifaqı (Aİ) İŞİD və PKK terror təşkilatları arasında fərq qoymamalıdır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik deyib.

Onun sözlərinə görə, Aİ ölkələrinin İstanbuldakı terror aktı ilə bağlı bəyanatı əhəmiyyətlidir, lakin Türkiyə onları daha qəti qərarlar qəbul etməyə çağırır.

Qeyd edək ki, ötən gecə İstanbulun Atatürk hava limanında 41 nəfərin ölməsi, 239 nəfərin xəsarət alması ilə nəticələnən terror aktı baş verib.

İlkn məlumata əsasən, terror hadisəsinin arxasında İŞİD dayanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.