Kino Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək

Avqustun 2-də YARAT Müasir İncəsənət Məkanın qarşısında 20:00-dan 00:00-dək Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə keçiriləcək Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Day.Az-a verilən məlumata görə, proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Proqram çərçivəsində Əli-Səttar Quliyevin "Olimpiya", Rüfət Həsənovun "Daxildəki ada", Teymur Hacıyevin "Axşama doğru", Teymur Qəmbərovun "Quxuroba" filmləri nümayiş olunacaq.