https://news.day.az/azerinews/1416371.html Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub - FOTO Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Day.Az-a məlumat verilib.

Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub - FOTO

Azərbaycanca, 16 декабря 2021 12:44 (UTC +04:00) 499
Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub

Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Day.Az-a məlumat verilib.

Belə ki, Sumqayıt şəhər sakini Yaşar Abbasovun idarə etdiyi "Daewoo" və rayon sakini Rəşad Abdurəhmanovun idarə etdiyi "QAZ 33021" markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqələrinin olmadığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində protokollar tərtib olunub və Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər

Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub
  • Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub
  • Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub
  • Narkotikin təsiri altında avtomobil idarə edən bir neçə şəxs həbs olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости