Tovuzda 1 nəfər tüstüdən zəhərlənib

Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyası 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-а verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.