Sinan Oğan seçkilərdə hansı prezidenti dəstəkləyəcəyi ilə bağlı qərarını bu tarixdə AÇIQLAYACAQ

Türkiyənin ATA İttifaqının prezident namizədi Sinan Oğan 19 may tarixində hansı prezidenti dəstəkləyəcəyi ilə bağlı qərarını açıqlayacaq.
Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Həmçinin oxuyun: Ərdoğan bu şəhərlərdən rekord səs qazanıb - SİYAHI
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре