Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur - Sürücülərə MÜRACİƏT - VİDEO
Yollarda diqqətsizlik və məsuliyyətsizlik qəzaya səbəb olur.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində qeyd olunub.
"Yol-nəqliyyat hadisələri əksər hallarda sıxlığın yaranmasına gətirib çıxarır. Xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə qəzalar olduğu zaman sıxlığın müddəti daha da artır və hərəkət çətinləşir. Müşahidələr göstərir ki, qəzalar bəzi sürücülərin diqqətsizliyi və məsuliyyətsizliyi səbəbindən də baş verir", - məlumatda qeyd olunub.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin maariflənməsi məqsədilə Aeroport şosesində qeydə alınan hadisənin videogörüntüsünü təqdim edir:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре