https://news.day.az/azerinews/1718459.html Sabah bu şəhərin bir hissəsində qaz olmayacaq - RƏSMİ Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Day.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

Sabah bu şəhərin bir hissəsində qaz olmayacaq - RƏSMİ

Azərbaycanca, 26 декабря 2024 12:26 (UTC +04:00) 1 775
Sabah bu şəhərin bir hissəsində qaz olmayacaq

Sabah Sumqayıt şəhərində 105 000 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Day.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhərinin qaz təchizatının gücləndirilməsi məqsədilə Sumqayıt qazpaylayıcı stansiyasından (QPS) qidalanan "Şəhər-4" daşıyıcı qaz kəmərində "Azəriqaz"ın təmir planına əsasən icra olunmuş qaz xətlərinin yeni quraşdırılmış kollektora qoşulması ilə əlaqədar dekabrın 27-də saat 09:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatının dayandırılması müddətində Sumqayıt şəhəri üzrə 105 000 əhali və qeyri əhali abonentlərinin qaz təchizatında fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости