Albaniyada SOCAR-ın həyata keçirdiyi “Nur” layihəsinin ictimai təqdimatı keçirilib - FOTO

Bu gün Albaniyanın Baş naziri Edi Rama və Baş nazirin müavini - infrastruktur və energetika naziri Belinda Balluku ilə birlikdə Azərbaycanın investisiyası ilə SOCAR tərəfindən həyata keçirilən Korça şəhərinin qazlaşdırılması üzrə "Nur" layihəsinin ictimai təqdimatı keçirilib.
Day.Az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Albaniyanın qaz infrastrukturunun inkişafında ilk addım olan bu layihə, ölkənin enerji təchizatının şaxələndirilməsi və iqlim gündəliyinin dəstəklənməsi ilə yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır", - paylaşımda qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре