https://news.day.az/azerinews/1768629.html
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verib
Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре