Prezident İlham Əliyev: Bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır

Bizim bölgəmizdə yeni, çox perspektivli və sülhə yönəlmiş əməkdaşlıq formatı yaradılır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.

Dövlətimizin başçısı bunu tarixi bir gün adlandırıb.