https://news.day.az/azerinews/1778359.html Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - AÇIQLAMA Emal olunmuş qidalar xərçəng riskini artırır. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu onkoloq Prof. Dr. Türkan Öztürk Topçu deyib. "Xüsusi qatqı maddəli hazır qidalar bağırsaq florasını zədələyərək immuniteti zəiflədir və xərçəngə yol açır". Onkoloq bildirib ki, xərçəngin genetik səbəblərdən yaranma faizi çox aşağıdır.

Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - AÇIQLAMA

Azərbaycanca, 6 сентября 2025 01:11 (UTC +04:00) 508
Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır

Emal olunmuş qidalar xərçəng riskini artırır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu onkoloq Prof. Dr. Türkan Öztürk Topçu deyib.

"Xüsusi qatqı maddəli hazır qidalar bağırsaq florasını zədələyərək immuniteti zəiflədir və xərçəngə yol açır".

Onkoloq bildirib ki, xərçəngin genetik səbəblərdən yaranma faizi çox aşağıdır. Xərçəng xəstəliyi əsasən həyat tərzi və qidalar səbəbindən yaranır.

"Xüsusilə sosis, kolbasa, sucuk, paketlənmiş çipslər, biskvit, şirniyyatlar, hazır souslar və dondurulmuş fast-food məhsullarının yüksək miqdarda duz, şəkər, yağ və qatqı maddəsi ehtiva edir. Bu məhsullar bağırsaq mikroflorasını pozaraq bədənin müdafiə sistemini zəiflədir".

Professor yoğurt və kefir, fermentləşdirilmiş məhsullar, təzə meyvə-tərəvəz, tam taxıllar və zeytun yağı yeməyi məsləhət görüb.

"Bu qidalar həm immuniteti gücləndirir, həm də hüceyrələrin özünü bərpa etmə gücünü artırır. İşlənmiş qidaların əvəzinə təbii məhsullar seçmək xərçəngə qarşı güclü qalxandır", - deyə onkoloq əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости