https://news.day.az/azerinews/1778568.html Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir Şəkər xəstəliyinin ilkin əlamətləri açıqlanıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Farmasevt Şina Bagga Daily Mirror-a verdiyi açıqlamada,bu ciddi xəstəliyə yol açan simptomları sadalayıb. O qeyd edib ki, prediyabet zamanı qan şəkəri normadan yüksək olur, amma ikinci tip diabet üçün hələ kifayət qədər yüksək deyil.

Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir

Azərbaycanca, 7 сентября 2025 03:33 (UTC +04:00) 414
Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir

Şəkər xəstəliyinin ilkin əlamətləri açıqlanıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Farmasevt Şina Bagga Daily Mirror-a verdiyi açıqlamada,bu ciddi xəstəliyə yol açan simptomları sadalayıb.

O qeyd edib ki, prediyabet zamanı qan şəkəri normadan yüksək olur, amma ikinci tip diabet üçün hələ kifayət qədər yüksək deyil. Əgər həyat tərzi dəyişdirilməsə, bu vəziyyət zamanla diabetə çevrilə bilər.

Daimi yorğunluq və halsızlıq hissi, tez-tez sidiyə getmə, səbəbsiz çəki itkisi, görmənin zəifləməsi, daimi susuzluq, təkrarlanan maya infeksiyaları (məsələn, göbələk infeksiyaları), yaraların gec sağalması bu xəstəliyin əlamətlərindəndir.

Bu əlamətləri hiss edən şəxslər həkimə müraciət etməli və qan şəkəri səviyyəsini yoxlatmalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости