https://news.day.az/azerinews/1779491.html Kolbasa və sosiskalar xərçəng yaradır Mütəxəssislər xəbərdarlıq edirlər ki, emal olunmuş ət məhsulları, xüsusilə də kolbasa və sosiskalar müntəzəm şəkildə qəbul edildikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Kolbasa və sosiskalar xərçəng yaradır

Azərbaycanca, 11 сентября 2025 02:46 (UTC +04:00) 496
Kolbasa və sosiskalar xərçəng yaradır

Mütəxəssislər xəbərdarlıq edirlər ki, emal olunmuş ət məhsulları, xüsusilə də kolbasa və sosiskalar müntəzəm şəkildə qəbul edildikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, araşdırmalara görə, bu məhsulların tərkibindəki nitrat və nitritlər bədəndə kanserogen maddələrə çevrilərək bağırsaq xərçəngi riskini yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) emal olunmuş ət məhsullarını birbaşa xərçənglə əlaqəli qida qrupuna daxil edib.

Həkimlərin fikrincə, həftəlik rasionda kolbasa və sosiska kimi məhsulların miqdarını minimuma endirmək və onları daha sağlam protein mənbələri - toyuq, balıq və ya paxlalılarla əvəzləmək lazımdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости