https://news.day.az/azerinews/1780565.html Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - AÇIQLAMA "Əgər qarın qurultusu ilə yanaşı şişkinlik, ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, nəcisdə qan və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu, mədə-bağırsaq xəstəliklərinin əlaməti ola bilər"

Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - AÇIQLAMA

Azərbaycanca, 16 сентября 2025 02:41 (UTC +04:00) 390
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər

"Əgər qarın qurultusu ilə yanaşı şişkinlik, ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, nəcisdə qan və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu, mədə-bağırsaq xəstəliklərinin əlaməti ola bilər"

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, rusiyalı qastroenteroloq Nadejda Motıleva bildirib ki, qarında qurultu çox vaxt normal haldır və əsasən ac qaldıqda və ya çox yemək yedikdə yaranır.

"Bəzi qidalar məsələn, paxlalılar və kələm də qaz əmələ gətirərək bu prosesi gücləndirə bilər. Stress və həyəcan da bağırsaq hərəkətlərini artıraraq qurultuya səbəb olur.

Qarın qurultusu ilə yanaşı köp, ağrı, ürəkbulanma, qusma, ishal, qəbizlik, nəcisdə qan və ya rəng dəyişikliyi müşahidə olunarsa, bu artıq normal sayılmır.

Xüsusilə, son 6 ayda bədən çəkisinin 5 faizdən çox itirilməsi fonunda qarında qurultu baş verərsə, bu, endokrin pozğunluqlar, həzm sistemi xəstəlikləri və hətta onkoloji problemlərlə bağlı ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir", - qastroenteroloq söyləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости