https://news.day.az/azerinews/1781764.html Səhər yeməyi yeməmək infartka yol açır - Kardioloq Səhər yeməyini ötürmək ürək-damar sistemi üçün təhlükə yarada bilər. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Kseniya Yeruslanova açıqlamasında bildirib. Həkimin sözlərinə görə əgər insan vaxt azlığından və ya iş tələskənliyindən səhər yeməyini ötürürsə, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi yüksəlir:

Səhər yeməyi yeməmək infartka yol açır - Kardioloq

Azərbaycanca, 21 сентября 2025 05:40 (UTC +04:00) 401
Səhər yeməyi yeməmək infartka yol açır

Səhər yeməyini ötürmək ürək-damar sistemi üçün təhlükə yarada bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə kardioloq Kseniya Yeruslanova açıqlamasında bildirib.

Həkimin sözlərinə görə əgər insan vaxt azlığından və ya iş tələskənliyindən səhər yeməyini ötürürsə, orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi yüksəlir:

"Bu qlükokortikoid hormon iltihabi prosesləri işə salır və aterosklerotik yığıntıların yaranmasını sürətləndirə bilər," - deyə Yeruslanova bildirib. Onun sözlərinə görə, bu hal uzunmüddətli perspektivdə damar problemlərinə, infarkt və insult riskinin artmasına səbəb ola bilər.

Lakin kardioloq vurğulayıb ki, şüurlu şəkildə səhər yeməyi etməyənlər yəni, oruc tutanlarda bu cür mənfi təsir müşahidə olunmur. Bunun səbəbi isə belə hallarda orqanizmin stress yaşamaması və dağıdıcı mexanizmin işə düşməməsi ilə izah olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости