https://news.day.az/azerinews/1783487.html Dırnaq gelləri sonsuzluğa səbəb ola bilər - Açıqlama Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz gözəl görsənmək istəyirik, amma bunun zərərlərini biləndən sonra hələ də bu fikirdə olub-olmayacağımız sual altdadır. Risklər nədən ibarətdir?

Dırnaq gelləri sonsuzluğa səbəb ola bilər - Açıqlama

Azərbaycanca, 27 сентября 2025 00:40 (UTC +04:00) 397
Dırnaq gelləri sonsuzluğa səbəb ola bilər

Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz gözəl görsənmək istəyirik, amma bunun zərərlərini biləndən sonra hələ də bu fikirdə olub-olmayacağımız sual altdadır. 

Risklər nədən ibarətdir? 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə dermatoveneroloq Sevinc Kərimova bildirib ki, gellaklar uzun müddət qaldığı üçün insanların dırnaqlarına nəfəs almağa imkan vermir. Həmçinin, bu gellərin qurudulması üçün bir qədər şüa altında qalan dırnaqlarda xərçəng, sonsuzluq kimi bir çox xəstəliklər yarana bilər:

"Uzunmüddətli istifadə zamanı dırnaq gelləri dırnaq səthini zəiflədir, qırılma və soyulma hallarına səbəb olur. Bundan əlavə, bu məhsulların tərkibində olan bəzi kimyəvi maddələr allergik reaksiyalara, hətta dəridə yanma və qızartıya səbəb ola bilər. UV lampa altında qurudulan gel lakların isə dəridə erkən qocalma və dəri xərçəngi riskini artırdığı da qeyd edilir".

Mütəxəssislər xüsusilə bildirirlər ki, bu cür gözəllik prosedurlarını davamlı şəkildə etdirmək istəyənlər, arada dırnaqlara istirahət verməli və keyfiyyətli məhsullara üstünlük verməlidirlər. Əks təqdirdə gözəllik uğrunda edilən bu addım sağlamlığa zərbə vura bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости