https://news.day.az/azerinews/1790017.html Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir - Diqqət Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzən sadəcə soyuqdəymə və ya allergiya ilə bağlı deyil, ciddi xəstəliklərin və hətta ölüm riskinin xəbərçisi ola bilər.

Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir - Diqqət

Azərbaycanca, 23 октября 2025 01:04 (UTC +04:00) 532
Qoxubilmə hissinin itməsi ciddi xəstəlik xəbərçisidir

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoxubilmə hissinin itməsi bəzən sadəcə soyuqdəymə və ya allergiya ilə bağlı deyil, ciddi xəstəliklərin və hətta ölüm riskinin xəbərçisi ola bilər.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, tədqiqatlara əsasən, qoxu duyğusunun zəifləməsi və ya tam itməsi Alzheimer, Parkinson kimi neyrodegenerativ xəstəliklərin erkən əlamətlərindən biridir. Bundan əlavə, bu hal ürək-damar xəstəlikləri və immun sisteminin zəifləməsi ilə də əlaqələndirilir.

Alimlər bildirirlər ki, xüsusən yaşlı insanlarda qoxu itkisinin qəfil baş verməsi, orqanizmdə ciddi dəyişikliklərin başladığını göstərə bilər.

Mütəxəssislər xəbərdarlıq edir: əgər uzunmüddətli qoxu itkisi yaşayırsınızsa, həkimə müraciət etməyi gecikdirməyin - bu, bədənin göndərdiyi həyati bir siqnal ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости