https://news.day.az/azerinews/1791155.html Tez sağalmaq üçün bu supu için Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasına kömək edir və iltihabı azaldır.

Tez sağalmaq üçün bu supu için

Azərbaycanca, 28 октября 2025 02:00 (UTC +04:00) 453
Tez sağalmaq üçün bu supu için

Soyuqdəymə zamanı tez sağalmaq üçün toyuq supu için.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu rusiyanın tanınmış terapevti Anna Hakimova deyib. O, bildirib ki, bu qida tərkibindəki faydalı maddələr sayəsində orqanizmin bərpasına kömək edir və iltihabı azaldır.

Həkimin sözlərinə görə, toyuq bulyonu tərkibindəki karnozin sayəsində iltihabı zəiflədir, həmçinin bədəndəki maye balansını qoruyur. O, asan həzm olunan zülal, B qrupu vitaminləri, dəmir və digər minerallarla zəngindir. Bu maddələr immun sisteminin güclənməsinə və soyuqdəyməyə qarşı müqavimətin artmasına kömək edir.

Bundan başqa, bulyon tərkibindəki amin turşusu sistein sayəsində bəlğəmi durulaşdırır, bu da öskürəyi yüngülləşdirir və tənəffüsü asanlaşdırır. Həkim əlavə edib ki, isti buxar burun tutulmasını azalda, bulyonun özü isə boğaz ağrısını yüngülləşdirə bilər.

Mütəxəssis bulyonun tərkibinə kök, soğan, kərəviz və bibər kimi tərəvəzlər əlavə etməyi də tövsiyə edib. Onun sözlərinə görə, bu tərəvəzlər antioksidant və prebiyotiklərlə zəngindir, bu da bağırsaq mikroflorasını gücləndirir.

Həkim vurğulayıb ki, ən faydalı bulyon azad şəraitdə bəslənmiş toyuqdan hazırlanandır, çünki bu cür toyuqların əzələlərində karnozinin miqdarı daha çox olur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости