https://news.day.az/azerinews/1806791.html Qar yağır, axşam yolları buz bağlayacaq Bu gün səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır. Day.Az xəbər verir ki, səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarında hava şəraiti dəyişib, temperatur mənfiyə düşüb və qar yağmağa başlayıb.

Qar yağır, axşam yolları buz bağlayacaq

Azərbaycanca, 2 января 2026 10:33 (UTC +04:00) 353
Qar yağır, axşam yolları buz bağlayacaq

Bu gün səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarına qar yağır.

Day.Az xəbər verir ki, səhər saatlarından başlayaraq Şimal-Qərb rayonlarında hava şəraiti dəyişib, temperatur mənfiyə düşüb və qar yağmağa başlayıb.

Hazırda bölgənin yüksək dağlıq ərazilərində qarın qalınlığı 6-8 sm, dağətəyi kəndlərdə 4-5 sm, aranda isə cüzi qar müşahidə olunur.

Bölgə rayonlarından keçən avtomobil yollarında hələlik nə donma, nə də digər problemlər müşahidə olunur. Bəzi yerlərdə xəfif külək əsərək qarın sürətini dəyişir.

Məlumata görə qarın gün ərzində fasiələrlə yağacağı gözlənilir. Axşam isə yollarda əsasən də körpü və keçidlərdə buzbağlama müşahidə olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости