https://news.day.az/azerinews/1806824.html Ayağı sınan xadimə şoka düşüb öldü Goranboyda qadın faciəvi şəkildə vəfat edib. Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Ayağı sınan xadimə şoka düşüb öldü

Azərbaycanca, 2 января 2026 13:11 (UTC +04:00) 357
Ayağı sınan xadimə şoka düşüb öldü

Goranboyda qadın faciəvi şəkildə vəfat edib.

Day.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 1-i saat 16 radələrində rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-də xadimə işləyən Samux rayon sakini 1967-ci il təvəllüdlü Nahidə Yusif qızı Məmmədovanın ayağı sınıb.

Belə ki, qadın dəmir yolu relsinin üzərindən keçərkən ayağı relsin kənarındakı beton dirəyin arasında qalaraq qırılıb. Ağrıdan şoka düşən N.Məmmədova hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости