https://news.day.az/azerinews/1809364.html Qeyri-formal məşğul şəxslərdən tutulan sığorta haqqının məbləği ilə bağlı QƏRAR Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərdən tutulan sığorta haqqının məbləği bir ay müddətində müəyyənləşdiriləcək. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qeyri-formal məşğul şəxslərdən tutulan sığorta haqqının məbləği ilə bağlı QƏRAR

Azərbaycanca, 14 января 2026 15:38 (UTC +04:00) 314
Qeyri-formal məşğul şəxslərdən tutulan sığorta haqqının məbləği ilə bağlı

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərdən tutulan sığorta haqqının məbləği bir ay müddətində müəyyənləşdiriləcək.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərdən tutulan sığorta haqqının məbləği ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla "Məşğulluq haqqında" Qanuda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən sığortalı qismində özləri çıxış edən şəxslərin müəyyən edilməsi qaydasını iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости