İspaniya ilə əməkdaşlığın yeni istiqamətləri əhatə etməsi üçün yaxşı imkanlar var - Sahibə Qafarova
İspaniya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətləri əhatə etməsi üçün yaxşı imkanlar var.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə mətbuat konfransında deyib.
"Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Xanım Armenqolla Cənubi Afrika Respublikasınını Keyptaun şəhərində "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində keçirdiyimiz görüşü və müzakirələri də məmnunluqla qeyd etdik. Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə xanım Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir", - Sahibə Qafarova bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре