https://news.day.az/azerinews/1811638.html Qocalmaq istəmirsizsə, bunları bilin Kəmərləyici dəmrova qarşı peyvənd qocalmanı yavaşlada bilər, çünki o, xroniki iltihabın yaranmasının qarşısını alır. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Honkonq Şəhər Universitetinin professoru, virusoloq Petr Lidski "Gazeta.ru"ya açıqlamasında bildirib.

Qocalmaq istəmirsizsə, bunları bilin

Azərbaycanca, 25 января 2026 02:40 (UTC +04:00) 395
Qocalmaq istəmirsizsə, bunları bilin

Kəmərləyici dəmrova qarşı peyvənd qocalmanı yavaşlada bilər, çünki o, xroniki iltihabın yaranmasının qarşısını alır.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Honkonq Şəhər Universitetinin professoru, virusoloq Petr Lidski "Gazeta.ru"ya açıqlamasında bildirib.

Alimlər göstəriblər ki, yaş artdıqca orqanizmdə xroniki iltihab güclənir və qocalma sürətlənir. Peyvənd isə bu prosesi zəiflədə bilər. Lidski qeyd edib ki, qocalma mürəkkəb proses olduğundan, peyvəndin dəqiq nə qədər təsir göstərdiyini müəyyən etmək çətindir.

Araşdırmalara görə, qrip peyvəndi də yaşlılarda qocalmaya kiçik, ölçülə bilən təsir göstərə bilər, lakin bunun ümumiləşdirilmiş nəticəsi hələ dəqiqləşdirilməyib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости