Uşaqlara dövlət tibb müəssisələrində peyvəndlə bağlı pulsuz xidmətlər göstəriləcək
Uşaqların həyat və sağlamlığının qorunması hüququ genişləndiriləcək.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan "Uşaq hüquqları haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, valideynlər (onları əvəz edən şəxslər) uşaqların sağlamlığının qayğısına qalmalı və uşağın tibbi yardıma ehtiyacı olduqda dərhal tibb müəssisəsinə müraciət etməlidirlər.
Uşaqların dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvənd edilməsindən əvvəl büdcə vəsaiti hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, profilaktik peyvəndlər təqviminə əsasən yaş qruplarına görə peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüququ olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре