https://news.day.az/azerinews/1812587.html DİM-in 820 işçisinin sığortasına 238 min manat vəsait sərf olunacaq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub. Day.Az-ın məlumatına görə, DİM bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

DİM-in 820 işçisinin sığortasına 238 min manat vəsait sərf olunacaq

Azərbaycanca, 28 января 2026 20:16 (UTC +04:00) 333
DİM-in 820 işçisinin sığortasına 238 min manat vəsait sərf olunacaq

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Day.Az-ın məlumatına görə, DİM bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, DİM ümumilikdə 820 işçisini (340 işçi, 480 ailə üzvü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşaq) sığortalayacaq şirkəti artıq müəyyənləşdirib.

 

Qurum işçilərinin könüllü tibbi sığortası üçün "Meqa Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə razılaşıb və müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, DİM-in 820 işçisinin könüllü tibbi sığortası 237,8 min manata başa gələcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости